"Neftçi"dən qələbə, "Qarabağ"dan darmadağın - YENİLƏNİB
21 Sentyabr 2025 21:01
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son matçında isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "ağ-qaralar" mövsümdə ilk qələbəni əldə ediblər.
21 sentyabr
19:30. “Sumqayıt” – “Neftçi” - 0:2
Qollar: Ağadadaş Salyanski, 79, Alessio Kurçi, 90+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Araz-Naxçıvan” – “Qarabağ” - 0:5
Qollar: Toral Bayramov, 4, 28 - pen; 65 - pen; Musa Qurbanlı, 53; Kris Kuaku, 85
Qırmızı vərəqə: Slavik Alxasov, 27 ("Araz-Naxçıvan")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Əliyev
“Liv Bona Dea Arena”