Madrid “Real”ının yarımmüdafiəçisi Cud Belinqem zədəsini sağaldıb.
Sportliqa.az xəbər verir ki, ingiltərəli oyunçu La Liqanın 6-cı turunda “Levante” ilə görüşdə meydana çıxa bilər. Görüş bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Xatırladaq ki, klublararası dünya çempionatından sonra futbolçu sol çiynindən əməliyyat olunmuşdu.