"Qarabağ"dan qələbə, "İmişli" - "Zirə" oyununda "sülh"
26 Sentyabr 2025 21:55
Misli Premyer Liqasında 6-cı tur start götürüb.
Sportliqa.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.
"Zirə" Qubada "İmişli"nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bu matçdan sonra "Zirə" 12 xalla 1-ci, "İmişli" isə 8 xalla 5-cidir.
Digər matçda isə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 10 xalla 2-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.
26 sentyabr
19:00. "Qarabağ" – "Qəbələ" - 2:0
Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3
Qırmızı vərəqə: Prins Ovusu, 1 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
"Azersun Arena"
15:30. "İmişli" – "Zirə" - 1:1
Qollar: Dieqo Rollo, 26- David Volkov, 80
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu