Sportliqa.az xəbər verir ki, ikinci oyun günündə daha iki oyun keçiriləcək.
Əvvəlcə “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Hazırda “Şamaxı” 5 xalla 9-cu pillədə qərarlaşıb.
Naxçıvan təmsilçisi isə 10 xalla dördüncüdür. Elmar Baxşıyevin komandası bu görüşdə qələbə qazansa, zirvəyə yüksələcək.
Günün ikinci matçında “Neftçi” öz meydanında “Karvan”ı sınağa çəkəcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi hazırda 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.