Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib.
Sportliqa.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib. Ərazisi 10 hektardan çox olan arenanın tamaşaçı tutumu 15 min 343 nəfərdir. Stadion UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa olunub, müasir işıqlandırma, səs, yayım, internet və təhlükəsizlik sistemləri ilə təchiz edilib. Ərazidə AFFA tərəfindən köməkçi meydançalar və futbol akademiyası da tikilib. Yeni arena Gəncədə yerli və beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az