Masazırda "sülh", "Turan Tovuz"dan darmadağın
28 Sentyabr 2025 21:52
Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 2 oyun keçirilib.
İlk olaraq "Turan Tovuz" əzəli rəqiblərindən olan "Kəpəz"i qəbul edib. Qərb derbisi meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Turan Tovuz" 12 xalla 1-ci, keçirdiyi 6 oyunun hamısında uduzan "Kəpəz" isə sonuncudur.
Günün və turun son matçı isə Masazırda olub. Burada "Sabah" "Sumqayıt"ı qəbul edin. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Beləliklə, "Sumqayıt" 11 xalla 3-cü, "Sabah" isə 8 xalla 6-cıdır.
28 sentyabr
19:00. "Sabah" – "Sumqayıt" - 1:1
Qollar: Coy Lens Mikels, 26 (1:0); Rüstəm Əhmədzadə, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
"Bank Respublika Arena"
16:30. "Turan Tovuz" – "Kəpəz" - 3:0
Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35; Filip Ozobiç, 46
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
"Azersun Arena"