FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Sportliqa.az xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.