UEFA Çempionlar Liqasının 2-ci turunda həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən “Real”ın hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.
Fransalı forvard səsvermədə Erlinq Haland (“Mançester Siti”), Rasmus Hoylund (“Napoli”) və Yens-Petter Heuqeni (“Budo-Qlimt”) qabaqlayıb.
Qeyd edək ki, Mbappe “Real”ın səfərdə “Kayrat” üzərində 5:0 hesabı ilə qazandığı qələbədə het-trik edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.