Çilidə 20 yaşadək futbolçular arasında Dünya çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib. “Super Qartallar” Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumbiya yığmasına qarşı keçirəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.