Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, matçdan sonra baş məşqçi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:
O, qələbənin komanda üçün vacib olduğunu qeyd edib:
“Futbolçularımı təbrik edirəm. Onlar tam gücləri ilə intizamlı oynadılar və qələbəyə layiq idilər.
Qapıya az zərbə vuruldu, amma hələ çox iş görməliyik, müəyyən çatışmazlıqlar var".
O, növbəti turda “Qarabağ”la qarşılaşacaqlarını və rəqibin ikinci heyətinin də əsas heyət qədər güclü olduğunu bildirib:
"Qarabağ" istənilən halda "Qarabağ"dır. Onların ikinci heyəti də əsas heyətə bərabərdir. "Qarabağ"la matçla bağlı nəsə demək, proqnozlaşdırmaq çətindir. Onlar Çempionlar Liqasında oynayırlar. Qələbələr münasibətilə Qurban Qurbanovu təbrik edirəm. Fasilənin necə təsir edəcəyini demək çətindir. Oyunlar bunu göstərəcək".