Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, turun son oyun günündə iki oyun keçiriləcək.
“Sabah” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olacaq. Yevlax klubu hazırda 5 xalla turnir cədvəlində 10-cudur. 1 oyun az keçirən “Sabah” isə 8 xalla 6-cı pillədə qərarlaşıb.
Turun son matçında isə “Qəbələ” doğma divarlar arasında “Şamaxı” ilə üz-üzə gələcək. Komandaları hazırda turnir cədvəlində 2 xal ayırır. “Qəbələ” 4 xalla 11-ci, “Şamaxı” isə 6 xalla 9-cu yeri turur.
Qeyd edək ki, bu oyunlardan sonra Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. 8-ci tur oktyabrın 17-də start götürəcək.
5 oktyabr
15:00. “Karvan-Yevlax” - “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Şamaxı şəhər stadionu
17:30. “Qəbələ” - “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu