“Sabah” klubunun hücumçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.
Sportliqa.az xəbər verir ki, futbolçu “Karvan-Yevlax”la Premyer Liqanın 7-ci tur matçında aldığı zədədən sonra xəstəxanaya aparılıb.
Klubun yaydığı açıqlamada bildirilib ki, Mikels tam tibbi müayinədən keçib və daxili orqanlarında ciddi zədə və ya qanaxma aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, ona qabırğa əzilməsi diaqnozu qoyulub. Futbolçunun bərpa müddəti yaxın günlərdə müəyyən ediləcək.
Qeyd edək ki, Mikels oktyabrın 5-də baş tutan “Karvan-Yevlax” – “Sabah” oyununda son dəqiqələrdə rəqib qapıçı ilə toqquşaraq xəsarət almış, meydanı təcili yardım maşını ilə tərk etmişdi.