“Qarabağ” klubu UEFA Çempionlar Liqasının 3-cü turunda, İspaniyada “Atletik”ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.
“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.