
"Kəpəz" növbəti transferi reallaşdırıb.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Şahmar Aşurovu heyətinə qatıb.
21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Aşurov son olaraq "Zirə"nin formasını geyinib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.