
"Yuventus" klubu müdafiəçi Daniele Ruqaninin müqaviləsinin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 31 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2028-ci ilin iyununa kimi nəzərdə tutulub.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2013-cü ildə “Empoli”dən “Yuventus”a transfer olunub. O, bu mövsüm 4 rəsmi oyunda komandasına kömək edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.