Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0. 70-ci dəqiqədə oyuna daxil olmaqla Misli Premyer Liqasında debüt edən paytaxt klubunun kamerunlu yeni legioneri Vensan Abubakar əvvəlcə qol ötürməsi verib, sonra isə özü qol vurub.
Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşüb. Ağdam təmsilçisi gözlənilmədən xal itirib - 0:0.
IX tur
26 oktyabr (bazar)
18:30. “Qarabağ” - “Şamaxı” - 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”
16:00. “Qəbələ” - “Neftçi” - 0:2
Qollar: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.