Patrik Andrade üçün 100-cü oyun
Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.
Sportliqa.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.
Andrade 2020/21 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.