Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.
“Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edib. "Zirə" əvvəlcə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanmağı bacarıb. 10 turdan sonra 5 xalı olan Yevlax klubu 11-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 19 xalla 2-cidir.
Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkib. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” turnir cədvəlində iki pillə irəliləyərək 6-cı pillədə qərarlaşıb. “Kəpəz” isə 3 xalla turnir cədvəlində sonuncu pillədədir.