Fərid Nəbiyev “100”ə çatdı
Misli Premyer Liqasının 10-cu turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.
Sportliqa.az xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.
26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.
Fəridin debütü 2016/17 mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. Nəbiyev “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol) və “Qəbələ”də 1 matça çıxıb.
Qeyd edək ki, Fərid ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.