Sxadadzedən məğlubiyyət şərhi
											
																					
 
									
								 
								
									Bu gün Misli Premyer Liqasında 10-cu tur çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən "Sabah" 1:0 hesablı qələbə qazanıb.
Sportliqa.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ" klubunun baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:
"Oyunuçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. Son matçlarımızda bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz də gətirəcək. İlk hissədə standart vəziyətdən bir səhvdən qol buraxdıq. İkinci hissədə isə daha yaxşı oyun göstərdik. Futbolçular xarakter göstərdilər. İlk hissənin əvvəlində bu xarakteri göstərə bilsəydik, başqa cür ola bilərdi. Biz yaxşı oyun göstəririk. Buna görə də nəticənin daha yaxşı olacağına inanıram. Son olaraq da "Sabah"ı qələbə münasibətilə təbrik edirəm"(sportal.az)