Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Tacikistanla üz-üzə gəlib. Görüş millimizin qələbəsi ilə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9)
Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.