Sportliqa.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.
Əvvəlcə “İmişli” “Sabah”ı qəbul edib. Görüşdə Bakı təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Ötən tur “Neftçi”ni məğlub edən "İmişli" hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 25 xalla 3-cüdür.
Günün ikinci matçında son çempion “Qarabağ” “Karvan-Yevlax”ı sınağa çəkib. Qarşılaşma “Qarabağ” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu hazırda 29 xalla birinci, Yevlax təmsilçisi isə 5 xalla sonuncudur.