
“Qəbələ” Azərbaycan Premyer Liqasının VIII turunun sabah keçiriləcək oyununda “Kəpəz”lə qarşılaşacaq.
Sportliqa.az xəbər verir ki, matç Gəncə şəhər stadionunda baş tutacaq.
Səfər görüşünün hazırlığında “qırmızı-qaralar”ın 5 futbolçusu iştirak etmir. VII turun “Qarabağ”la ev qarşılaşmasında (1:2) zədə aldığı üçün əvəzlənən Gilad Abramov bərpa prosesi keçir. Onun bir həftədən sonra komandaya qoşulacağı gözlənilir. Dizindən zədələnən qapıçı Kristof Atanqana da komanda ilə məşqlərə qatılmır. Urfan Abbasov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər.
Xatırladaq ki, sabah Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması