"Qələbəyə görə sevinirəm. Xarakter göstərdik. Bəzi itkilərimiz var idi. Xüsusilə də, Rayan Senhaci oynamırdı. "Şamaxı" hesabı açdı. Onlara qarşı oynamaq çətindir. Amma biz bunu bacardıq, xarakter göstərdik, qalib gəldik. Oyunçularımı təbrik edirəm".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
"Şamaxı" - "Sumqayıt" görüşünün sonlarında Saşa İliç qırmızı vərəqə aldığı üçün konfransda onun köməkçisi danışıb. Veliçko komandanın aparıcı futbolçusu Höccət Haqverdinin oynamamasını da açıqlayıb: "Xırda zədəsi var idi. Meydançanın süni olduğu da nəzərə alsaq, riskə getmədik".
O, həmçinin Ayxan Abbasovla Saşa İliç arasında yaşanmış mübahisəyə də toxunub: "İnanın ki, heç nə bilmirəm. Çünki həmin anda oyuna baxırdım və futbolçularımızdan biri ilə danışırdım. Epizodun nəyə görə baş verdiyini dəqiq görmədim".(sportal.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az