"Liverpul" "Real"a 60 milyon avro təklif edəcək
"Real"ın futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Liverpul" Madrid təmsilçində az forma şansı qazanan fransalı yarımmüdafiəçini transfer etmək istəyir. İngiltərə çempionu 23 yaşlı oyunçu üçün 60 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm "Real"ın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun "kral klubu" ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.