"Real"ın heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Miliato sıradan çıxıb.
Braziliyalı futbolçu La Liqanın 16-cı turunun "Selta" ilə matçında (0:2) zədələnib. Sol ayaq əzələsindən zədə alan 27 yaşlı mərkəz müdafiəçisi təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az