"Qalatasaray"ın mərkəz hücumçusu Mauro İkardi karyerasını "Milan"da davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı insayder Matteo Moretto sosial media hesabında paylaşıb.
Bildirilir ki, 32 yaşlı hücumçu İtaliya klubuna hücum gücləndirmələri və Santyaqo Ximenesin əvəzedicisi axtarışı zamanı təklif edilib. İkardi özü də İstanbul klubundan ayrılacağını istisna etməyib, çünki o, bu mövsüm start heyətindəki yerini itirib.
Qeyd edək ki, argentinalı futbolçu 2023-cü ilin iyul ayından "Qalatasaray"da oynayır. O PSJ-dən 10 milyon avroya transfer olunub. Bu mövsüm İkardi 20 klub oyununda iştirak edib və 7 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az