"Kəpəz" Premyer Liqanın 8-ci turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.
Sportliqa.az saytının Gəncə stadionundakə əməkdaşının verdiyi məlumata görə, yerli azarkeşlər komandanın evdəki məğlubiyyəti ilə barışa bilməyib. Belə ki, onlar həm baş məşqçi Azəri Məmmədovu, həm də klubun rəhbərliyində yer alan İlqar Nadirini istefaya səsləyib.
Belə ki, "Kəpəz"in azarkeşləri matçın başa çatmasına baxmayaraq, tribunaları tərk etməyib. Onlar komandanın uğursuz nəticələrinə görə, baş məşqçi və rəhbərliyə narazılıqlarını çatdırıblar.