İtaliyanın "Yuventus" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Qonsalo Qarsiyanı transfer etmək istəyir.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı insayder Canluka Di Martsioya yayıb.
Bildirilir ki, 21 yaşlı hücumçu Turin komandasının əsas prioritet hədəfinə çevrilib.
İspaniyalı futbolçu Madrid klubunda forma şansı əldə etməkdə çətinlik çəkir.
Qeyd edək ki, Qonsalo Qarsiya cari mövsüm 17 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az