İspaniya Superkubokunda ilk finalçı "Barselona" oldu
İspaniya Superkubokunun yarımfinal oyununda "Barselona" və "Atletik" üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan qarşılaşmada Kataloniya klubu 5 cavabsız qolla qələbə qazanıb.
Hesabı 22-ci dəqiqədə "Barselona"nın hücumçusu Ferran Torres açıb. 30-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopez ikinci qolu vurub. Üçüncü qola 34-cü dəqiqədə Runi Barqi imza atıb. 39-cu dəqiqədə Rafinya katalonların dördüncü, 52-ci dəqiqədə isə beşinci qolunu vurub.
Bununla da "Barselona" yanvarın 11-də keçiriləcək İspaniya Superkubokunun finalına vəsiqə qazanıb. İkinci finalçı "Atletiko" və "Real" arasında keçiriləcək Madrid derbisinin qalibi olacaq.