İspaniya Superkubokunun yarımfinalında "Atletiko" ilə "Real" üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan qarşılaşmada "Kral klubu" qələbə qazanıb – 1:2.
Görüşdə hesabı 2-ci dəqiqədə Federiko Valverde penalti qolu ilə açıb. 55-ci dəqiqədə Rodriqo Valverdenin ötürməsindən fərqlənib. Matçın 58-ci dəqiqəsində isə Aleksandr Serlot hesabda fərqi azalda bilib.
Qeyd edək ki, "Real" İspaniya Superkubokunun finalında "Barselona" ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az