Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Sportliqa.az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində yanvarın 22-də İsveçrədə “Yanq Boyz” və Fransanın “Olimpik” (Lion) komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq.
Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.