UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən "Yanq Boyz" - "Lion" matçını azərbaycanlı hakimlər briqadası idarə dib.
Sportliqa.az xəbər verir ki, baş hakim Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmrəli, eləcə də dördüncü hakim Tural Qurbanov kömək edib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Əliyar Ağayev görüşün 61-ci dəqiqəsində ofsayd səbəbindən meydan sahiblərinin qolunu qeydə almayıb. O, hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.