
"Qarabağ"ın kapitanı Maksim Medvedev İsveç mətbuatına açıqlama verib.
Sportliqa.az msn.com-a istinadla xəbər verir ki, 34 yaşlı müdafiəçi Azərbaycanın haqlı şəkildə öz torpaqlarını düşməndən aldığını deyib:
"Hər gün xəbərləri izləyir və vəziyyəti anlamağa çalışırıq. Üç il əvvəl Ağdama yollanmışdıq. Çox təhlükəli idi. Maşına minəndə tələsirdik və ümid edirdik ki, kimsə atəş açmayacaq. Ölkəmiz haqlı şəkildə öz torpaqlarını düşməndən geri aldı. Qarabağ Azərbaycanın torpağıdır və biz haqlı tərəfik".
Maksim Medvedev Ağdamda tikiləcək stadionla bağlı bunu deyib: "Ümid edirəm ki, ev oyunlarımızı keçirə biləcəyimiz böyük arena tikiləcək. Ağdamda oynamasaq da, "Qarabağ" Azərbaycanda hər kəsin sevdiyi komandadır".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması