Azərbaycan milli komandasının Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” futbolçularına 3 günlük istirahət verib.
Sportliqa.az xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək.
Oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək komandamız “Turan Tovuz”la qarşılaşacaq. Görüşün keçiriləcəyi məkan və başlama saatı barədə məlumat veriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.