Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq. Turun mərkəzi qarşılaşması Azərbaycan derbisi ilə əlamətdar olacaq.
"Neftçi" öz meydanında "Qarabağ"ı sınağa çəkəcək. "Ağ-qaralar"ın rəhbərliyi bu matçda qalib gələcəkləri təqdirdə, futbolçulara mükafat da vəd edib.
Paytaxt təmsilçisi "köhlən atlar"ı məğlub edəcəyi halda, əsas heyət üzvlərinə 10 min manat "premya" verəcək.
Xatırladaq ki, qarşılaşmanın start fiti saat 19:30-da veriləcək. Görüş "CBC Sport" telekanalında canlı yayımlanacaq.
Pressing.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.