"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili komanda yoldaşı Amin Ramazanova dəstək olub.
Sportliqa.az xəbər verir ki, gürcü qolkiper Azərbaycanın U-21 millisi və əsas millisinə dəvət almayan qapıçının fotosunu instaqram səhifəsində paylaşıb. O, AFFA və milli komandanın səhifələrini işarələyib və "Gözünüzü açın" yazıb.
Qeyd edək ki, "Qarabağ"dan U-21 millisinə dəvət olmayıb. 20 yaşlı Amin bu mövsüm 2 oyun keçirib.