“Sabah”ın futbolçuları - Davit Volkov, Vinsent Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar.
Sportliqa.az xəbər verir ki, Volkov Gürcüstan, Till Lüksemburq, Marqarita isə Kurasao millisinə dəvət olunub.
Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də isə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Kipr yığması ilə, Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə İslandiya, 16-da isə evdə Slovakiya yığma komandası ilə, Kurasao yğması isə KONKAKAF Millətlər Liqası çərçivəsində oktyabrın 14-də evdə Panama, 18-də isə Trinidad və Tobaqo millisi ilə qarşılaşacaq.