Bu gün "Qarabağ"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.
Sportliqa.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilir. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayıb. "Qarabağ" daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb.
Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az