Argentina və Kolumbiya da 1/8 finalda!
DÇ-2026-da 1/16 final mərhələsi yekunlaşıb.
Sportliqa.az xəbər verir ki, bu gün mərhələnin son iki görüşü keçirilib.
Əvvəlcə son dünya çempionu Argentina Kabo-Verde ilə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Komanda 1/8 finalda Misirlə üz-üzə gələcək.
Mərhələnin son matçında isə Kolumbiya Qananı sınağa çəkib və qalib gəlib - 1:0. Kolumbiya növbəti turda İsveçrə ilə qarşılaşacaq.
DÇ-2026
4 iyul
1/16 final
02:00. Argentina - Kabo-Verde - 3:2
Qollar: Messi, 29 (1:0), Duart, 59 (1:1), Martinez, 92 (2:1), Kabral, 103 (2:2), Borges, 111-avtoqol (3:2)
05:30. Kolumbiya - Qana - 1:0
Qol: Con Arias, 14