"Kəpəz"in heyətini yeni qapıçı ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, portuqaliyalı İqor Rodriqes "sarı-göylər"in şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klubunda oynayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.