Azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi "Pafos" (Kipr) Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la cavab matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, görüş "Pafos"un 4:0 hesablı qələbəsi ilə bitib. İki matçın cəmində Kipr təmsilçisi 4:2 hesablı üstünlüklə mərhələ adlayıb.
Bu, Muad Məmmədovun "Pafos"da ilk rəsmi oyunu olub. 20 yaşlı futbolçu meydana 82-ci dəqiqədə İvan Şuniçin əvəzinə daxil olub.
Qeyd edək ki, Murad Məmmədov bu ilin may ayında "Neftçi"dən ayrılıb və "Pafos"a keçib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az