Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı FİFA referisi Avropa Liqasının III təsnifat mərhələsində baş hakim vəzifəsini icra edəcək.
Referi "Linkoln" (Cəbəllütariq) - "Omoniya" (Kipr) cütü arasında keçiriləcək ilk matçda əsas söz sahibi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Tural Qurbanov dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR-da Alan Kijas, AVAR-da Nicat İsmayıllı əyləşəcək.
Xatırladaq ki, oyun avqustun 6-da baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az