AFFA-nın prezidenti Rövnəq Abdullayev Gəncə və Ağsuda səfərdə olub.
Sportliqa.az xəbər verir ki, o, səfər çərçivəsində Gəncədə FIFA -nın dəstəyi ilə tikilib tamamlanan akademiyanın vəziyyəti ilə tanış olub.
Həmçinin Ağsu şəhər stadionunun vəziyyəti ilə tanış olan AFFA prezidenti təmir-tikinti işləri ilə bağlı müəyyən məsləhətlərini verib.
Hər iki görüşdə Gəncə və Ağsunun icra hakimləri də iştirak edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.