Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Voluntari”nin qonağı olub. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb.
Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbədən sonra "Petrolul" 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az