Futbol üzrə Macarıstan çempionatında 4-cü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” komandası səfərdə "Nyiregyhaza" klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 57-ci dəqiqədə meydana daxil olub. O, komandasının yeganə qolunu vuraraq fərqlənib.
15 avqust
"Nyiregyhaza" - "Kişvarda" - 2:1
Qollar: J.Batoum, 45, M.Kvasina, 90+1 - A.Nuriyev, 82
Qeyd edək ki, bu nəticədən sonra "Kişvarda" 4 xalla 8-ci pillədə yer alıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az