İsrail Toto Kubokunda pley-off mərhələsinin oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şimona" komandası öz meydanında "Hapoel Təl-Əviv"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb və onlar finala yüksəliblər.
Rüfət Abdullazadə matça start heyətində başlayıb və sona qədər meydanda olub.
Qeyd edək ki, "Hapoel Təl-Əviv" finalda "Makkabi Tel-Əviv"lə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az