Frankfurt “Ayntraxt”ının hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının “Abha” klubu ilə müqavilə imzalayıb.
Sportliqa.az xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.
Batşuayi 2025-ci ilin fevralından Almaniyanın “Ayntraxt” klubunda çıxış edirdi və keçirdiyi 21 matçda 4 qol vurub.
O, karyerası ərzində Türkiyənin “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, İngiltərənin “Çelsi”, “Kristal Pelas”, İspaniyanın “Valensiya”, Almaniyanın “Borussiya” (Dortmund), Fransanın “Marsel” və Belçikanın “Standard” komandalarının da formasını geyinib.