Azərbaycandan oynamış futbolçu Polşa klubuna keçdi
20 Avqust 2026 14:54
Ötən mövsümün ikinci hissəsini “Sumqayıt”da keçirmiş Danil Beskorovaynının yeni klubu bəlli olub.
Sportliqa.az xəbər verir ki, ukraynalı müdafiəçn Polşada çıxış edəcək.
O, bu ölkənin “Leçia Qdansk” klubunda çıxış edəcək. 1-ci liqa təmsilçisi futbolçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi "Polesye"dən (Ukrayna) "Sumqayıt"a keçmişdi.