Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportliqa.az xəbər verir ki, "kimyaçılar" “Zirə” ilə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada Samir Abasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb.
Oyunda vurulan yeganə qola Kamran Quliyev imza atıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.